Özbəkistanda qadınlar üçün universitet yaradılır

Özbəkistanda Koreya Respublikasının Kyunq-in Qadın Universitetinin filialı açılacaq. Daşkənddə Kyunq-in Beynəlxalq Universitetində ancaq qadınlar təhsil alacaqlar. Bu, Müstəqil Dövlətlər Birliyi məkanında ilk qadın universiteti olacaq. Universitetdə toxuculuq, dizayn, dəb, aviasiya, turizm, səhiyyə, gözəllik sənayesi və digər sahələrdə mütəxəssislər hazırlanacaq. Ali təhsil ocağında müasir tədris avadanlığı, laboratoriyalar, zəngin kitabxana fondu yaradılacaq, tədris prosesində qabaqcıl xarici təcrübədən […]

Whatsapp-dan növbəti yenilik — Statusları Facebook və Instagram Stories’ə yerləşdirmək mümkün olacaq

Məşhur Whatsapp mesenceri istifadəçi statuslarının Facebook-a və şirkətin digər servislərinə keçirilməsi funksiyasını test edir. Bu barədə The Verge saytına istinadən Macdigger saytı xəbər verib. Whatsapp statusları Instagram ilə Facebook Stories-lərinə bənzəyir. Yeni fuksiya isə Whatsapp statuslarını Facebook-a, Instagram-a, Gmail-ə və Google Photos-a daşımağa imkan verir. Bu yeni funksiya artıq Whatsapp-ın beta verisyasında aktivdir. Whatsapp təmsilçiləri qeyd ediblər ki, statusların keçirilməsi üçün Facebook-dakı istifadəçi hesabının Whatsapp-a birləşdirilməsinə […]

Türkiyənin müşahidə məntəqəsi bombalandı

Suriyanın İdlib bölgəsində Türkiyəyə məxsus 10 nömrəli müşahidə məntəqəsi hökumətin silahlı qüvvələri tərəfindən vurulub. “Superhaber.tv”yə istinadən xəbər verir ki, hücumda 2 türk əsgəri yaralanıb. Yaralıların təxliyəsi üçün Malatyadan əraziyə 2 ədəd ATAK helikopteri göndərilib. Bundan əlavə, Türkiyə Silahlı Qüvvələrinə məxsus iki qırıcı da olay yerində nəzarətə başlayıb. Mənbə axar.az

Azərbaycanda film dublyajları niyə bərbad gündədir?

Bir filmdə 8 aktyor dublyaj edirsə, hamısına eyni — 40 manatdan — verilir «Xahiş edirəm, dublyajı bacaranlar etsinlər. Bir dənə babat dublyaj qalıb. Onu da pis günə qoymayın. Azərbaycan dilini korlamayın. Səslərə fikir verin. Hansı aktyor hansı obrazı səsləndirə bilər — buna diqqət edin. Vallah, camaat söyür. Elə bilirsiniz, baxmırlar? Hamı baxır. Bacardı-bacarmadı, hamı dublyajla […]

Çimərlikdəki dələduzlarla mübarizə öz nəticəsini verir — Pulludur lövhələri yığışdırıldı

Bakı Şəhər İcra Hakimiyyəti çimərliklərlə bağlı hərəkətə keçib.Paytaxtın müxtəlif yerlərindən İH-yə siqnal və şikayətlər daxil olub. Buna görə qurumun Ticarət və Xidmət Departamenti bu gün səhər saatlarında reydlərə başlayıb. İlk olaraq Şıx çimərliyinə baxış keçirilib. Orada vətəndaşların dəniz çimərliyinə daxil olması üçün qoyulan maneələr – qapı, şlaqbaumlar götürülüb. Avtomobillərin və insanların əraziyə daxil olması üçün […]

Vətəndaşların nəzərinə! Çimərliklərdə sizdən pul tələb edilərsə bunları etməlisiniz

İyunun 15-dən etibarən çimərlik mövsümü açıq elan edilib Havaların isti keçməsi ilə əlaqədar olaraq, yerli vətəndaşlarla yanaşı, turistlərin də dənizə axını müşahidə olunur. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və xidmət departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırıb ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Lakin müşahidələr onu deməyə əsas verir ki, hələ də bu […]

Bu da Ağdərəmizin son görüntüləri — Foto

Ermənistanın işğalı altında olan Azərbaycanın Ağdərə şəhərindən yeni görüntülər yayılıb Sosial mediada paylaşılan fotolarda Ağdərənin əsrarəngiz təbiəti əksini tapıb. Qeyd edək ki, ermənilər Ağdərə rayonunu “Mardakert” adlandırır. Xatırladaq ki, Ağdərə 7 iyul 1993-cü ildə ermənilər tərəfindən işğal olunub. Publika.az Mənbə axar.az

Xocəsən–Lökbatan avtomobil yolunun yenidən qurulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Altmış dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən–Lökbatan avtomobil yolunun 0–11-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,5 milyon […]