Bakı 31 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

Sosial şəbəkələrlə bağlı rəsmi xəbərdarlıq — 1000 avro tələb edilir

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdəki şantaj halları ilə bağlı xəbərdarlıq edib. Gulustan.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları olduğunu deyib: «Bununla bağlı artıq bir neçə şəxs müraciət edib. Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü […]

Nazir: “Bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb”

“Azərbaycanda təhsil alanların öyrənmə xüsusiyyəti ilə bağlı bir dənə də olsa elmi iş yoxdur”. Bunu təhsil naziri Emin Əmrullayev Gənc müəllimlərin II Forumunda deyib. Nazir vurğulayıb ki, 1990-cı illərdə ölkənin çətin dövrlərində bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb: “Bu gün Azərbaycan təhsili bundan əziyyət çəkir. Artıq vaxtı çatıb ki, ayırd etməni aparaq. Biz bu […]

“Ural Hava Yolları” Azərbaycana uçuşlarını yenidən DAYANDIRIB

“Ural Hava Yolları” şirkəti Azərbaycana iyulun 1-dən oktyabrın 20-dək nəzərdə tutulan uçuşlarını dayandırıb. Bu barədə məlumatı aviaşirkət yayıb. Bildirilir ki, qərar Rusiya və Ukrayna arasında yaranan vəziyyətlə əlaqədər verilib. Aviaşirkət iyul ayında Azərbaycanla yanaşı, Ermənistana, Qazaxıstana, Özbəkistana nəzərdə tutulan uçuşlarını ləğv edib. Şirkətin məlumatında qeyd olunub ki, ancaq Kamçatkadan Sankt-Peterburqa olan reyslər işləyəcək. Qeyd edək […]

Bu gün “Formula-1”də sıralama turu olacaq

Bu gün “Formula 1” və “Formula 2” üzrə Azərbaycan Qran-prisində ikinci günə start verilir. Gulustan.info xəbər verir ki, “Formula-2”də sprint yarışında ən sürətli pilotlar müəyyənləşəcək. “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu olacaq. İlk yarış günündə “Formula 1”də iki sərbəst yürüş, “Formula 2”də sərbəst yürüş və sıralama turu gerçəkləşib. “Formula 1”də “Red Bull”dan Serxio Peres və […]

Pekində yeni koronavirus ocağı aşkar edilib

Çinin paytaxtı Pekində yeni koronavirusa yoluxma ocağı aşkar edilib. Bu barədə Pekin Səhiyyə komitəsi bildirib. Qeyd olunur ki, son sutka ərzində 61 nəfərdə yoluxma aşkar olunub ki, həmin şəxslərin eyni əyləncə məkanında olduğu müəyyən edilib. Yoluxanların 25 nəfəri xəstəliyi simptomsuz keçirir. Yoluxma halları ilə əlaqədar paytaxtın Çaoyan rayonunun rəhbərliyi karantin tədbirlərini sərtləşdirib, bəzi hissələrdə qapanma […]

Sabah 4 rayonda qaz olmayacaq

Sabah Tərtər, Bərdə, Ağdam və Yevlax rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə Gulustan.info-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, iyunun 10-da saat 08:00-dan 2 (iki) gün ərzində təmir işləri başa çatanadək “Kövər” QPS-dən qaz […]

Hafiz Paşayev və Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan”ın qalibi olan komanda ilə görüşüblər

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan”ın qalibi olan komanda ilə görüşüblər. Bu barədə nazir özünün “Facebook” hesabında məlumat verib. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı çərçivəsində keçirilən “Sosial yönümlü texnologiyalar” müsabiqəsində B kateqoriyası üzrə birinci yerin qalibi ADA Universitetinin “FingerTalk” komandası olub. Universitetin rektoru, […]

Bakıda körpünün üstündə qəza olub — Yollarda sıxlıq yaranıb — FOTO

Bakıda körpünün üstündə qəza olub, yollarda sıxlıq yaranıb. Bu barədə Gulustan.info-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, paytaxtın Alı Mustafayev küçəsində, 3-cü mkr dairəsində, körpünün üstündə baş verən yol-nəqliyyat hadisəsi Ziya Bünyadov prospekti istiqamətində hərəkət sıxlığına səbəb olub.