Bakı 31 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

Bakıda körpünün üstündə qəza olub — Yollarda sıxlıq yaranıb — FOTO

Bakıda körpünün üstündə qəza olub, yollarda sıxlıq yaranıb. Bu barədə Gulustan.info-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, paytaxtın Alı Mustafayev küçəsində, 3-cü mkr dairəsində, körpünün üstündə baş verən yol-nəqliyyat hadisəsi Ziya Bünyadov prospekti istiqamətində hərəkət sıxlığına səbəb olub.

Əmək kitabçası tələbi nə zaman ləğv ediləcək? — AÇIQLAMA

«Əmək kitabçaları ləğv edilmir, sadəcə bu tələbin işə götürənlər tərəfindən tələb edilməsi ləğv edilir». Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. Onun sözlərinə görə, əmək kitabçaları elektronlaşdırılır: «Əmək kitabçalarının elektronlaşdırılması kompleks məsələdir. Düşünürük ki, bu ilin sonuna, gələn ilin əvvəlinə bu prosesi bitərəcəyik. Biz bunun üçün əlavə […]

Ərdoğan Türkiyə və Azərbaycan generalları ilə birgə “Efes-2022” təlimini izləyib

İyunun 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib. Bu barədə Gulustan.info-ya Müdafiə Nazirliyindən məlumat verilib. Yüksək səviyyəli qonaqlar qismində təlimi izləmək üçün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan poliqona gəlib. Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını […]

Ərdoğandan Yunanıstana xəbərdarlıq: “Zarafat etmirəm”

Türkiyə Egey dənizindəki haqlarından geri çəkilməycək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Yunanıstan 1 əsr öncə olduğu kimi peşmanlıqla nəticələnəcək xəyallardan əl çəkməlidir. Ağlını başına topla, özünə gəl. Mən zarafat etmirəm, ciddiyəm.Türkiyə beynəlxalq razılaşmaların ona verdiyi səlahiyyətləri istifadə edəcək”,- Ərdoğan bildirib.

Saatlıda yol tikintisi üçün bir milyon manat ayrıldı — SƏRƏNCAM

Prezident İlham Əliyev Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Gulustan.info xəbər verir ki, sərəncama əsasən, Dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş […]

İyunun 14-ü “Son zəng” keçiriləcək

Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək. Gulustan.info xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq. “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin […]

Zakir Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgi ziyarət edib

Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgi ziyarət edilib. Bu barədə Gulustan.info-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, «Efes-2022′» çoxmillətli təlimini izləmək üçün Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini ziyarət edib. Sərgi əsnasında general-polkovnik Z.Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah […]

Qarabağda mina problemini həll etmək lazımdır — ABŞ səfiri

Qarabağda minaların təmizlənməsi problemini həll etmək lazımdır. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger brifinq zamanı deyib. «Biz bu prosesə cəlb olunmuşuq. Bu günədək minaların partlaması və itkilərin olması halları baş verir. Minaların təmizlənməsi problemi həll olunmayanadək, fikirləşmirəm ki, insanlar bu torpaqlara qayıda biləcək», — səfir deyib.