Tələbə yataqxanaları ilə bağlı yeni xəbər var

Təhsil Nazirliyinin nəzdində olan ali təhsil müəssisələrinin tabeliyində 48 yataqxana binası var. Bunlardan 1265 nəfərlik tutumu olan səkkiz təmirli bina fəaliyyət göstərir. Bundan başqa, 1141 nəfərlik tutumu olan 13 təmirsiz yataqxana binası mövcuddur. Digər 27 yataqxana binasında məcburi köçkünlər məskunlaşdığı üçün tələbələrin istifadəsinə verilməsi mümkünsüzdür. Bu barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib. Məlumatda qeyd […]

“Azərkosmos” Afrikaya internet ötürəcək

“Azərkosmos” 12-16 sentyabr 2019-cu il tarixində Niderland Krallığının Amsterdam şəhərində keçirilən “IBC 2019” beynəlxalq sərgi-konfransı çərçivəsində Afrika regionunda peyk üzərindən internet həlləri təklif edən “İntersat” şirkəti ilə müqavilə imzalayıb.  “Azərkosmos”a istinadən xəbər verilir ki,  müqaviləyə əsasən, “Azərkosmos” “Azerspace-2” peyki vasitəsilə bütün Afrika qitəsində etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim […]

«Əsrin müqaviləsi»nin 25 illiyi münasibətilə poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC “Əsrin müqaviləsi”nə həsr olunmuş poçt markalarını tədavülə buraxıb. Bu barədə nazirliyə istinadən xəbər verilir.  Buraxılış 11 növ 20 ədəd (4×5) poçt markasından ibarət poçt vərəqi şəklində hazırlanıb. Vərəqin ölçüsü 165×185 mm, markaların ölçüsü 40×28 millimetrdir. Sıra nömrələri 1, 3, 6, 8, 9, 11, 14, […]

İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilir. Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir. Mənbə trend.az

Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib. Birinci vitse-prezidentin paylaşımında deyilir: “Əziz dostlar, iyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan «Əsrin müqaviləsi» imzalanıb. Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr […]

Paytaxtın bir neçə polis şöbə və bölmələrinə rəis müavinləri təyinatı olub

Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, polis general-mayoru Mirqafar Seyidovun əmri ilə polis baş leytenantı Nicat Məmmədov Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsinin, polis polkovnik-leytenantı Əli Həsənov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin, polis mayoru Şahbaz Səfərov Suraxanı RPİ-nin 30-cü […]

SOCAR-ın kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü”ndə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin nümayəndələri və çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət ediblər. “Report” xəbər verir ki, şirkət nümayəndələri iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu […]

Yeni subsidiyaların tətbiqinə dair təlimlər keçirilir

2020-ci ildən tətbiq olunacaq yeni subsidiya mexanizmi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatla əlaqədar bölgələrdən təlimlər davam edir. Kənd Təsərrüfatı Nazirliyindən  verilən məlumata görə, 10 nəfərdən ibarət təlimçilər qrupu Gəncə şəhəri, Cəlilabad, Quba, Qusar, Xaçmaz, Beyləqan, Goranboy, Bərdə və Saatlı rayonlarında fermerlərə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatla bağlı informasiya məsləhət xidməti göstərirlər. Sentyabrın 16-dan başlayan […]