Bu gün Bakıda möhtəşəm tədbirlər keçiriləcək — ATƏŞFƏŞANLIQ və KONSERTLƏR

Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə bu gün paytaxtda bir sıra tədbirlər keçiriləcək. Aprelin 7-də Bakının bütün rayonlarında ağacəkmə aksiyası və saat 17:00-da Bakı bulvarında konsert proqramı keçiriləcək. Tədbirlər axşam saat 21:00-da böyük atəşfəşanlıqla davam edəcək. Mənbə report.az

Facebook yeni qeydiyyat zamanı emailin şifrəsini tələb edir

Facebook yeni istifadəçi hesablarının qeydiyyatı zamanı insanlardan onların elektron poçt ünvanlarının şifrələrini tələb etməyə başlayıb. Buna ilk olaraq e-sushi ləqəbli kibertəhlükəsizlik mütəxəssisi fikir verib. Bu barədə Rusbase saytı xəbər verib. «Facebook, istifadəçi hesabının təsdiqi və ya başqa niyyətlər üçün şəxsi elektron poçt ünvanının şifrəsini tələb edir. Bu, informasiya təhlükəsizliyi baxımından çox pis ideyadır. Bu üsulla siz, bilməli olmadığınız şifrələri yığırsınız» […]

DİM-də aprelin 6-da TOEFL imtahanı keçirilib

Aprelin 6-da Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimata uyğun TOEFL imtahanı keçirilib. İmtahanda 1 əcnəbi vətəndaş olmaqla 12 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.  Qeyd edək ki, növbəti TOEFL imtahanının mayın 11-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı linkdən əldə edə […]

«Döyüşün başlamasına hazır olmalıyıq» — Müdafiə naziri xidməti müşavirə keçirdi

Aprelin 6-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham […]

Təbrizlilərin yaşayış şəraiti yenə ağırlaşdırıldı — Metroda gediş haqqları bahalaşdı

Təbriz şəhərində sərnişin daşıyan avtobuslarda olduğu kimi metroda da gediş haqqı bahalaşıb Bu barədə Təbriz Şəhərdaxili Metro İstismarı Şirkəti məlumat yayıb. Bildirilib ki, yeni qiymət aprelin 6-dan qüvvəyə minir. Şirkətin açıqladığı elanda qeyd olunub ki, şənbə günündən gediş haqları 4 faiz artıb. Qərara əsasən hər biletə 7000 rial, bir dəfəlik istifadə üçün isə 9000 rial […]

Gürcüstanda kütləvi məzarlıq — Fotofakt

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində kütləvi məzarlıq aşkar olunub Bu barədə Batumi və Lazeti Yeparxiyası məlumat yayıb. Məzarlıq 3 saylı hərbi bazanın yaxınlığında, hava limanının bir neçə kilometrliyində tapılıb. Həmin ərazini Gürcüstanın Müdafiə NazirliyiPatriarxlığın müvəqqəti istifadəsinə verib. Məzarlıqda, təxminən, 150 insanın dəfn olunduğu 4 qəbir yerləşir. Qəbirlərdə nizamsız və hörmətsiz basdırılmış qalıqların 1937-1938-ci illərdə bolşevik repressiyaları zamanı güllələnən insanlara […]

Atatürk aeroportu fəaliyyətini dayandırdı

«Turkish Airlines» aviaşirkətinin «Tk 54» reysini həyata keçirən təyyarə Atatürk hava limanından saat 02:40-da havaya qalxıb. Məlumata görə, saat 02:40-da havaya qalxan İstanbul-Sinqapur reysini həyata keçirən sərnişin təyyarəsi hava limanının tarixində sonuncu olub. Belə ki, “Türk Hava Yolları” dünyanın ən böyük hava limanı layihəsi olan İstanbul hava limanına köçməyə başlayıb. Köçün ilk mərhələsi ötən ilin […]

10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Prezident və xanımı Azərbaycan xalqını təbrik etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideynlərini təbrik edirlər. 2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. Mənbə AZƏRTAC