Bakı 20 ℃

USD 1.7
RUB 0.0307
EUR 1.8199
TRY 0.1052
Qızıl 3167.202
Gümüş 37.5012

Rusiyada helikopter qəzaya uğrayıb

Rusiyanın Saratov vilayətində helikopter qəzaya uğrayıb. Qəza helikopter təlim uçuşu həyata keçirərkən düşüb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində bir nəfər həlak olub. Qeyd olunur ki, qəza yerinə axtarış qrupu yollanıb.

Azad edilən ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, həmçinin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər davam edir. Müdafiə Nazirliyindən Gulustan.info-ya verilən məlumata görə, Müdafiə nazirinin müavinləri — Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və […]

Regional əlaqələrin inkişafı Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın prioritetlərindən biridir — Zaxarova

İqtisadi və regional əlaqələrin inkişafı Rusiya ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlığın prioritetlərindən biridir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. “Xatırladım ki, 2021-ci ildə ikitərəfli ticarət dövriyyəsi koronavirusaqədərki göstəriciləri üstələyərək rekorda, 3,4 milyard dollara çatıb. Ticari-iqtisadi əməkdaşlığın təməllərindən biri Rusiya regionlarının Azərbaycanla qarşılıqlı fəaliyyətidir. Rusiyanın 70-dən çox subyekti Azərbaycanla fəal […]

Yens Stoltenberq Ukraynaya edilən yardımın həcmini açıqlayıb

NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynaya göndərilən yardımın həcmini açıqlayıb. O qeyd edib ki, NATO üzvü olan ölkələr artıq Ukraynaya ən azı səkkiz milyard dollar yardım ediblər. İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı sualı cavablandıran Y.Stoltenberq qeyd edib ki, bu ölkələr üzvlük üçün müraciət etsələr, onların Alyansa daxil edilməsi prosesi tezləşdiriləcək.

Dərman vasitələrinin qiymət tənzimlənməsi ilə bağlı dəyişiklikər olacaq

Nazirlər Kabineti nəzdində dərmanlarla bağlı xüsusi komissiya yaradılıb. Onun işi yekunlaşmaq üzrədir. Gulustan.info-nun məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, həmin sahənin Azərbaycanda sürətli inkişafı üçün müəyyən addımlar atılacaq. “Dərman vasitələrinin keyfiyyətinə, idxalına nəzarət və qiymət tənzimlənməsinə dair müəyyən dəyişiklikər olacaq”, — deyə nazir əlavə edib.

Hansı ərazilərdə qəzalı binaların bərpası və ya sökülməsi nəzərdə tutulur? — Eldar Əzizovdan açıqlama

Artıq Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb. Gulustan.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. E.Əzizov qeyd edib ki, qəzalı binaların inventarizasiyası aparılır: “Bu binalar kateqoriyalara […]

Azərbaycanda uşaqlar arasında mənşəyi məlum olmayan hepatit aşkarlanıb? — Nazirdən açıqlama

Səhiyyə naziri Teymur Musayev dünyada uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib. T.Musayev hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını deyib: “Bununla bağlı ölkəmizdə narahatlığa səbəb yoxdur. Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda […]

Şuşada beynəlxalq beyin mərkəzlərinin konfransı keçirilir

Şuşada beynəlxalq beyin mərkəzlərinin “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forum başlayıb. Forum Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə keçirilir. Forum çərçivəsində müxtəlif ölkələri təmsil edən ekspertlər və beyin mərkəzlərinin nümayəndələri postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada infrastrukturun bərpasını müzakirə edəcəklər. Bundan başqa, forum iştirakçıları regionda dayanıqlı […]