Bakı 31 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb — TAM MƏTN

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Hörmətli sərgi və forum iştirakçıları! Hörmətli xanımlar və cənablar! Sizi, bir neçə enerji tədbirini özündə birləşdirən, “Bakı Enerji Həftəsi”nin açılışı münasibətilə salamlayır, hamınıza cansağlığı və ölkələrinizin tərəqqisi naminə gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm. Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən mötəbər tədbiri olan […]

Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir — SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzdən Gulustan.info-ya bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir: 1. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər — əsas yolda, 20 Yanvar dairəsi istiqamətində […]

Bakı və Abşeronda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi iyunun 4-5-də Bakı şəhərində və Abşeron rayonunda 3 fərqli ünvanda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil edəcək. Bu barədə Gulustan.info-ya qurumdan bildirilib. Məlumata görə, yarmarkalarda ümumilikdə 45 regiondan 100-ə yaxın fermer iştirak edəcək. Onlar 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulları satacaq. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida […]

İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edir

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilir. Gulustan.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.

Azərbaycanda vəzifəli şəxslər həbs edilib

Azərbaycanda vəzifəli şəxslər həbs edilib. Bu barədə Gulustan.info-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının xidməti fəaliyyətləri zamanı yol verdikləri qanunsuz hərəkətləri barədə həmin dövlət qurumundan daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. […]

Ermənistan dövlət sərhədində Azərbaycanın iki rayonunu atəşə tutub

Dövlət sərhədində Azərbaycan mövqeləri atəşə tutulub. Bu barədə Gulustan.info-ya Müdafiə Nazirliyindən məlumat verilib. «Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan […]

Türkiyənin beynəlxalq adı dəyişdirilib

Türkiyə hökuməti ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı BMT-yə rəsmi müraciət edib. Bu barədə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün «Twitter» səhifəsində yazıb. «Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkəmizin brendinin nüfuzunu artırmaq üçün başladığımız proses sona çatmaq üzrədir. Bu gün BMT-nin baş katibinə göndərdiyim məktubla ölkəmizin BMT-dəki xarici dillərdə adını «Türkiye» […]

ÜST koronavirusun daha yoluxucu ştammlarının ortaya çıxacağını gözləyir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun indikilərdən daha yoluxucu olma ehtimalı olan yeni ştammlarının ortaya çıxacağını gözləyir. Bunu ÜST-nin eksperti Mariya van Kerkxove təşkilatın «Twitter» səhifəsində yayımlanan sual-cavab seansında deyib. «Koronavirusun daha çox variantının müəyyən ediləcəyini və daha yoluxucu olma ehtimalını gözləyirik», — deyə ekspert bildirib. Onun sözlərinə görə, bu ştammlarda yoluxma xəstəliyin daha ağır gedişinə […]