Bakı metrosunda daha iki yeni qatar — sakinlərə şad xəbər

“Bakı Metropoliteni» QSC-nin Rusiyadan aldığı daha iki qatar Azərbaycana gətirilib.  Hər biri 5 vaqondan ibarət olan yeni qatarlar hazırda «Keşlə» stansiyasındadır. Gün ərzində qatarlar «Bakı Metropoliteni» QSC-nin qatar deposuna aparılacaq.  Qeyd edək ki, «Bakı Metropoliteni» QSC bu il Rusiyadan 6 qatar alıb. Onlardan 4-ü Bakıya gəlib. Avqust ayında daha 2 qatar ölkəmizə gətiriləcək.  Mənbə Azvision

“Neftçi”nin təyyarəsi Moskvaya uça bilmir — Kim mane olur?

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Neftçi” klubu “Arsenal” ilə II təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya təyin olunan vaxtda yollana bilməyib. Buna səbəb Heydər Əliyev Beynəlxalq Hava limanından Bakı — Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə texniki problemin aşkarlanmasıdır. AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin sözlərinə görə, hazırda problemin həlli yolunda işlər […]

Tarixi bina olan «Salaam Cinema Baku» ilə bağlı qərar veriləcək

Mədəniyyət Nazirliyi «Salaam Cinema Baku» kinoteatrının yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması ilə bağlı hazırlanan yekun rəyi Nazirlər Kabinetinə təqdim edib. Nazirlər Kabineti yaxın günlərdə binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması ilə bağlı qərar verəcək. Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti […]

Sərnişin avtobuslarının hərəkət sxemi yenidən dəyişdirildi

Bakıda bəzi marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurban küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər. Dəyişiklik yolda […]

Bakı Beynəlxalq Avtovağzalından vətəndaşlara mühüm YENİLİK

Bakı Beynəlxalq Avtovağzalında yaşadığınız neqativ halları operativ surətdə aradan qaldırmaq üçün sizə dörd imkan verilir «Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həm beynəlxalq, həm də şəhərlərarası istiqamətlərə avtobus reysləri fəaliyyət göstərir. Biletləri gündəlik və ya səfər tarixinə 10 gün qalmışdan 1 gün əvvələ kimi onlayn qaydada sayt və mobil tətbiq vasitəsilə və ya qabaqcadan satış kassalarından əldə […]

Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemləri dəyişdirilir (FOTO)

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir. Respublikanın mühüm sənaye şəhərlərindən olan Şirvanda istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır. ASC-dən verilən məlumata görə, Şirvan şəhərinin su təchizatı və […]

Azərbaycanda yeni yaradılacaq sistemdə hər kəsin məlumatları olacaq

Azərbaycanda yeni yaradılan sistemdən hər kəsin məlumat almaq imkanı olmayacaq, amma işə götürülənlər barədə məlumatları bazada mütləq yoxlayacaqlar Azərbaycanda narkoistifadəçilərin yeni qeydiyyat sistemi hazırlanacaq.   Bu, Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı sərəncamla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə […]

Bakı-Nyu York uçuşları davam edəcək

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək. Bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb. Beləliklə, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək. Qeyd edilib […]