Bakı 11 ℃


Türkiyədə koronavirusa yoluxan azərbaycanlının vəziyyəti necədir?- RƏSMİ

Türkiyədə koronavirus (COVİD-19) infeksiyasına yoluxan Azərbaycan vətəndaşının səhhəti yaxşılaşıb. Gulustan.info xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məlumat verib. Həmin şəxsin kimliyi haqqında məlumatın açıqlanmasını etik saymayan diplomat onun artıq öz evində olduğunu söyləyib: «Rəsmi məlumata əsasən, Türkiyədə koronavirusa yoluxanlar arasında cəmi bir Azərbaycan vətəndaşı var. Ondan başqa yoxdur. Biz də həmin […]

Van Qoqun Bahar Bağı əsəri oğurlanıb

Hollandiyanın paytaxtı Amsterdam yaxınlarındakı Laren şəhərində “Singer”  muzeyində nümayiş olunan məşhur rəssam Vinsent van Qoqun «Bahar bağı» adlı rəsm əsəri oğurlanıb. Gulustan.info xarici mediaya istinadən xəbər verir ki, polis, bazar ertəsi səhər saat 3: 15-də muzeyə gələn oğruların qabaqdakı şüşəli qapını zorla açaraq içəri girdiklərini bildirib. BBC-dəki xəbərə görə, oğrular, bir müddət əvvəl sərgilənmək üçün […]

Bill Geytsdən məktub: Koronavirusla mübarizədə bu 3 addımı mütləq atmalıyıq

Microsoftun qurucusu və Bill & Melinda Gates Fondunun həmtəsisçisi Bill Geyts, Washington Post qəzetinə koronavirusla mübarizədə üç addımın mütləq atılmasının vacib olduğunu bildirib. «Mühüm qərarlar qəbul etmək üçün qapı hələ bağlı deyil» deyən Geyts, koronavirusun yayılması ilə əlaqədar mütəxəssislər və liderlərlə görüşdükdən sonra aşağıdakı addımların atılmasının lazım olduğunu söyləyib: «Hər şeydən əvvəl, ölkə daxilində tutarlı […]

Koronavirus ən çox hansı xəstəliyi olanları öldürür?

Ölənlər və yoluxma sayına görə koronavirusun mənbəyi Çindən sonra, başlıca yeri İtaliya tutur. Ölkədə itki, qorxulu həddə çatsa da, İtaliya Səhiyyə İnstitutunun (İSS) prezidenti ölkədəki pandemiyanın detaylarını bir-bir paylaşıb. Bəs, koronavirus ən çox hansı xəstəliyi olanları öldürür? Virusun xroniki narahatlığı olan insanlarda daha təsirli olduğu bildirilib. İtaliya Ali Sağlamlıq İnstitutunun (ISS) prezidentinin açıqlamasına görə, yüksək […]

Ev pişiyində koronavirus tapılıb

Gulustan.info xarici KİV-ə istinadən bildirir ki, Hong Kongda bir ev pişiyi koronavirusa yoluxub. Şəhər Kənd Təsərrüfatı və Balıqçılıq İdarəsindən verilən məlumata görə, ev heyvanında simptomlar olmayıb və sahibi ona COVID-19 ötürüb. Heyvan təcrid olunmuşdu. Bu dava Belçika Xalq Sağlamlığı İnstitutunun çağırdığı konfransda şərh edilib. Mikrobioloq Emmanuel Andre izah etdi ki, virusun insandan heyvana ötürülməsi halları […]

ABŞ-dan İran sanksiyaları ilə bağlı bəyanat: Yenidən dəyərləndiririk

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun yeni növ koronavirusla mübarizə aparan İrana qarşı sanksiyaları ləğv etmək ehtimalının olduğunu bildirib. Pompeo, İran sanksiyaları arasında humanitar yardım üçün heç bir maneənin olmadığını iddia edib. Ağ Evdə mətbuat konfransı keçirən Pompeo, Vaşinqtonda sanksiyaların yüngülləşdirilməsinin danışılıb danışılmayacağı ilə bağlı suala; «Biz siyasətimizi müntəzəm […]

BMT: Böhrana qarşı qlobal miqyasda görülən tədbirlər yetərli deyil

Koronavirus pandemiyasının ciddi sosial-iqtisadi təsirləri olacağını söyləyən BMT-nin Baş katibi Antonio Quterreş böhrana qarşı qlobal miqyasda görülən tədbirlərin yetərli olmadığını bildirib. Gülüstan.info xəbər verir ki, A.Quterreş koronavirus pandemiyasının İkinci Dünya müharibəsindən sonra yaşanan ən böyük böhran olduğunu açıqlayıb. Baş katib beynəlxalq ictimaiyyəti pandemiya və COVID-19 xəstəliyinin səbəb olduğu sosial-iqtisadi dağıntıya qarşı daha güclü və təsirli […]

Çində küçəyə çıxma qadağasından sonra boşanmalarda artım müşahidə olunub

Koronavirus səbəbindən Çində tətbiq olunan karantin və küçəyə çıxma qadağasından sonra, mart ayında boşanma nisbətlərinin artdığı bildirilir. Gulustan.info BBC-ə istinadən bildirir ki, Çində boşanma nisbətləri hər il normal olaraq açıqlanır, ancaq son günlərdə bir çox kəntdə, ailələrin evdə qapalı qalması səbəbiylə boşanmaların artdığı barədə məlumatlar var. Həmçinin, Bloomberg-də yayılan xəbərlərdə məişət zorakılığının artdığı bildirilib. Mart […]