Bakı 20 ℃

USD 1.7
RUB 0.0307
EUR 1.8199
TRY 0.1052
Qızıl 3167.202
Gümüş 37.5012

Bakı–Şuşa–Bakı avtobus reyslərinin sayı artırılır

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Nazirlikdən Gulustan.info-ya verilən məlumata görə, təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində reyslərin sayının artırılması qərara alınıb. İyun ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftədə 5 dəfə səfər edə biləcəklər.

Azərbaycanda meymun çiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb

Azərbaycan ərazisində bugünkü tarixədək meymun çiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu barədə Gulustan.info-ya Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır: «Hazırda Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq səyahətlərlə bağlı hər hansı əlavə tədbirlərin həyata keçirilməsini tövsiyə etmir». Xatırladaq ki, meymun çiçəyi çox nadir rast gəlinən zoonoz […]

Bakıda tıxac olan küçə və prospektlərin SİYAHISI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzin məlumatını təqdim edirik: 1. Tbilisi prospektində Heydər Əliyev adına İdman Sarayını keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, “20 Yanvar” dairəsi istiqaməti və “20 Yanvar” dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində sıxlıq müşahidə […]

İranda çoxmərtəbəli bina çöküb

İranın cənubunda yerləşən Xuzistan əyalətinin Abadan şəhərində çoxmərtəbəli metropol binası çöküb. Bu barədə İranın Qızıl Aypara Cəmiyyəti açıqlama yayıb. Bildirilib ki, hadisə Abadan şəhərinin Tehlençi Əmiri rayonunda baş verib. Binanın çökdüyü əraziyə 4 xilasetmə heyəti cəb olunub. Ölən və yaralananların sayı, dəyən ziyan və hadisənin başvermə səbəbi ilə bağlı məlumat yayılmayıb.

Vilyam Hacıyev ifadə vermək üçün məhkəmədən vaxt istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov vəsatət qaldırıb. O, zərərçəkmiş şəxslərin nümayəndələrinin məhkəməyə gəlməli olduğunu deyib. Hakim isə qeyd edib ki, zərərçəkmişlərin məhkəməyə gəlib-gəlməməkləri öz […]

Baş Qərargah rəisi «TEKNOFEST Azərbaycan»da nümayiş etdiriləcək texnikalara baxış keçirib

Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev «TEKNOFEST Azərbaycan» festivalının keçiriləcəyi əraziyə baş çəkib. O, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin festivalda nümayiş etdiriləcək texnikalarına baxış keçirib. General-polkovnik həmçinin «Bayraktar TB2» və «Akıncı» pilotsuz uçuş aparatlarının yerləşdiyi pavilyonları ziyarət edib.

Bakıda Türkiyə qırıcılarının uçuşu həyata keçirilir

Bakıda baş tutacaq “Texnofest-2022” festivalına hazırlıqlar çərçivəsində qırıcı təyyarələrin uçuşu həyata keçirilir. Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları — “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələr Bakı səmasında məşq edirlər. Qeyd edək ki, Bakıda “Texnofest-2022” festivalı mayın 26-29-da keçiriləcək

Şuşa Real Məktəbinin bərpadan sonra necə olacağı açıqlanıb — VİDEO

Təhsil Nazirliyi bərpasına başlanılan Şuşa Real Məktəbinin necə görünəcəyi ilə bağlı video paylaşıb. Qeyd edək ki, Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən […]