Bakı 29 ℃

USD 1.7
RUB 0.0305
EUR 1.7727
TRY 0.1015
Qızıl 3081.1905
Gümüş 33.8107

ABŞ-ın Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edib

ABŞ-ın Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edib. Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. «O gün gəldi. Bu gün biz ABŞ-ın Kiyevdəki səfirliyində rəsmi olaraq fəaliyyəti bərpa edirik», — deyə E.Blinken bildirib. Dövlət katibi qeyd edib ki, səfirlik binası üzərində yenidən ABŞ bayrağı qaldırılıb. E.Blinken həmçinin qeyd edib ki, «Kiyevə qayıdan həmkarlarımızın təhlükəsizliyini təmin etmək üçün […]

Laçında itkin düşən hərbçilərin axtarışları davam edir — Nazirlik

Mart ayının 5-də Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş 2 hərbi qulluqçusunun axtarışları davam etdirilir. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçuların tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazilərdə axtarış tədbirləri aparılır: “Dağlara yağan qar hələ də tam əriməyib. Bunlar isə axtarış tədbirlərini çətinləşdirir. Lakin buna baxmayaraq itkin […]

Rusiya 27 ispan diplomatı ölkədən çıxarır

Rusiya Xarici İşlər Nazirliyi 27 ispan diplomatı “persona non-qrata” elan edib və onlardan bir həftə ərzində Rusiya Federasiyasının ərazisini tərk etmələri tələb olunub. Çərşənbə günü İspaniyanın Rusiyadakı səfiri Rusiya XİN-ə çağrılmış və Rusiyanın İspaniyadakı xarici nümayəndəliklərinin 27 əməkdaşının arzuolunmaz şəxs elan edilməsi ilə bağlı kəskin etiraz bildirilmişdi. “Bu qeyri-dost addımın Rusiya-İspaniya münasibətlərinə mənfi təsir göstərəcəyi […]

Hava pisləşəcək — Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Gulustan.info-ya verilən xəbərə görə, Azərbaycanın rayonlarında mayın 19-u axşam şimal və qərb rayonlarından başlayaraq 21-dək ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal ərazilərdə dolu […]

Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gulustan.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir

Mayın 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə keçirilən kompleks məşqlərdə iştirak edib. Bu barədə Gulustan.info-ya Müdafiə Nazirliyindən məlumat verilib. Səhra idarəetmə məntəqələrində məşqlərin təşkili və gedişatı ilə maraqlanan müdafiə nazirinə bölmələrin sərəncamındakı müasir rabitə avadanlıqları təqdim edilib. Məruzə olunub ki, məşqlərdə vahid rabitə […]

ABŞ Xəzərdə təhlükəsizliyi gücləndirmək üçün Azərbaycanla tərəfdaşlıqdan qürur duyur — ABŞ səfirliyi

Bu gün səfir Li Litzenberqer Müdafiə Departamentinin Azərbaycanla təhlükəsizlik əməkdaşlığını müzakirə etmək üçün ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyətini qarşılayıb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Twitter“ səhifəsində bildirilib. “ABŞ səfirliyi Xəzər dənizində dəniz təhlükəsizliyini gücləndirmək və sərhədlər boyunca narkotik alverçilərinə qarşı tədbirlər görmək məqsədilə Azərbaycanın tərəfdaşı olmaqdan qürur duyur”, — qeyd olunub.

Vətən müharibəsində yaralanmış 2900-ə yaxın hərbçiyə əlillik təyin edilib

44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursları bitmiş hərbi qulluqçuların əlillik vəziyyətinin qiymətləndirilməsi işləri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Gulustan.info-ya verilən məlumata görə, həmin hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə, Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərin hərbi xidmətlə əlaqəsini […]