Bakı — Dehli birbaşa reysi açılır

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) iyunun 25-dən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri — Dehliyə müntəzəm və çarter reysləri həyata keçirməyə başlayıb.  AZAL-ın reysləri həftədə 2 dəfə — çərşənbə axşamı və cümə günləri həyata keçirilir. Mənbə marja.az

Rusiya bu dəfə Gürcüstan şərabını qadağa etdi

Rusiyada ticarət şəbəkələrindən Gürcüstan şərabının piştaxtalardakı payı haqqında məlumat toplanmağa başlanılıb. Kommersant xəbər verir ki, bu prosedur Gürcüstandan şərabın gətirilməsinə qadağa qoyulmasına hazırlıq ola bilər. Hazırda gürcü şərabı Rusiya idxalının 17%-ni təşkil edir. Ekspertlər xəbərdarlıq edirlər ki, məhdudiyyət ehtimalı qanunsuz idxalın artması və Gürcüstan şərab müəssisələrinin bir qisminin bağlanması ilə nəticələnə bilər. Xatırladaq ki, iyunun […]

Anomal istilər dünya ölkələrini təşvişə saldı

Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliyada müvafiq qurumlar ən yüksək hazırlıq səviyyəsinə gətirilib Avropanın bir sıra ölkələri anomal istilərə hazırlaşır. Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliyada havanın temperaturu 40 dərəcədən yuxarı olacaq. Bu barədə «The Independent» nəşrinə istinadən xəbər verilir. Yüksək temperaturu Avropaya Böyük Səhradan gələn külək gətirəcək. İsti havanın pik dövrü 26-28 […]

Silahlı Qüvvələr Günü münasibətilə Bakı Media Mərkəzi fotoreportaj hazırlayıb

Bakı Media Mərkəzi Silahlı Qüvvələr Günü münasibətilə fotoreportaj hazırlayıb. H»Report» həmin fotoreportajı təqdim edirik: Mənbə report.az

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstaqram” səhifəsində edilən paylaşımda deyilir: Əziz həmvətənlər! Əziz hərbi qulluqçular və veteranlar! Bu gün biz Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd edirik. Bu, hərbi rəşadət, şərəf və igidlik bayramıdır. Bu gün biz həyatını riskə məruz qoyaraq Vətənimizi müdafiə edənlərin […]

Təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır

Xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini istənilən vaxt ala bilərlər. Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, bu istiqamətdə görülən işlərlə əlaqədar 1 avqust 2019-cu il tarixinədək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır. Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi […]

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdü. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. AXC yarananda Azərbaycanda milli ordu deyilən anlayış yox idi. Ordusuz […]

Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun yas mərasimində iştirak edib

İyunun 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib. Mehriban Əliyeva görkəmli alim, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəlib. Mehriban Əliyeva Şirməmməd Hüseynovun ailə üzvləri ilə görüşüb, Prezident İlham Əliyevin adından […]