“WhatsApp” istifadəçiləri üçün istifadə qaydaları asanlaşacaq — Yenilik

Tezliklə populyar “WhatsApp” messenceri linklərə baxış üçün daxili brauzerlə təchiz ediləcək. Daxili brauzerin köməyi ilə veb səhifələri birbaşa “WhatsApp” messenceri daxilində açmaq mümkün olacaq. Beləliklə, göndərilmiş linklərə daxil olmaq üçün “WhatsApp”dan çıxmaq lazım olmayacaq. Bu, istifadəçinin vaxtına qənaət etməyə, həmçinin spam və saxta mesajlarla mübarizə aparmağa imkan verəcək. Messencerə quraşdırılmış brauzer istifadəçiləri zərərverici veb səhifələrə […]

Prezident İlham Əliyev: «Bu islahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcəkdir»

«Keçən Novruz bayramından ötən dövr ərzində bir çox önəmli hadisələr baş vermişdir. Aprel ayında prezident seçkiləri keçirilmişdir və Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir, böyük dəstək göstərmişdir. Bu dəstəyə və inama görə doğma xalqıma minnətdaram». Bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyib. «Mən bu dəstəyi son illər ərzində görülmüş işlərə verilən […]

Rezidentura təhsilində dəyişiklik edilib

Nazirlər Kabinetinin qərarı ilə «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları»nda dəyişikliklər edilib Müvafiq qərara əsasən bir sıra ixtisasların adı dəyişdirilib: «Terapiya» «Daxili xəstəliklər» sözləri ilə, «Allerqologiya» «Allerqologiya və immunologiya», «Mikrobiologiya» «Tibbi mikrobiologiya» və «Genetika» sözü «Tibbi genetika» sözləri ilə əvəz edilib. Bundan başqa, ixtisasların sayı artırılıb, tədris müddəti müəyyən olunub. Belə ki, «Ailə təbabəti» ixtisası […]

Birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə aldığı təbrik mesajlarına, xoş arzulara görə təşəkkürünü bildirib və bayram münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrik mətnini sizə təqdim edirik. Əziz dostlar!Səmimi təbriklərinizə, xoş arzularınıza, sevgi və dəstəyinizə görə sizin hər birinizə öz adımdan və Prezidentin adından dərin minnətdarlığımı bildirirəm! Biz sizin xoş münasibətinizi daim hiss […]

Prezident İlham Əliyev: “İçərişəhər dünya miqyasında nadir bir yerdir”

Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur və İçərişəhər öz gözəl simasını saxlayır Bunu Bakıda Azərbaycan xalqının milli bayramı — Novruz münasibətilə ümumxalq şənliyində iştirak edən Prezident İlham Əliyev İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbəti zamanı deyib. Dövlətimizin başçısı qeyd edib: “İçərişəhər bizim tarixi yerimizdir. Bilirsiniz, bir neçə ildir ki, İçərişəhərin xüsusi statusu var, burada […]

Dövlət Komitəsi “ASAN könüllülər” İctimai Birliyi ilə birlikdə “ASAN məktub” layihəsini uğurla davam etdirir

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi Bərdə ASAN Xidmət Mərkəzinin könüllüləri ilə birlikdə “ASAN Məktub” layihəsi aztəminatlı köçkün və sərhədəyaxın ərazilərdə yaşayan sakinlərin uşaqları ilə milli bayramımız Novruz bayramı ərəfəsində uğurla həyata keçirib. “ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətdə qayğı hissini […]

Dərbənd meri Bakının şəhərsalma təcrübəsindən istifadə etmək istəyir — Video

«Azərbaycan paytaxtında çox böyük dəyişikliklər baş verib» Bunu Dərbənd şəhərinin meri Hizri Əbəkərov bildirib. O deyib ki, Bakının inkişaf yolunda çox böyük irəliləyişə nail olduğu göz qabağındadır: «Hər dəfə gələndə buna təəccüblənməmək olmur». Mer köhnə «Qara şəhər» ərazisində salınmış «Bakı Ağşəhər» yaşayış kompleksi ilə tanış olduğunu söyləyib: «Burada müsbət mənada nəhəng dəyişikliklər var. Biz də sizin şəhərsalmadakı […]

İranın beynəlxalq narkotik ticarətində rolu

Narkotik maddələrin qanunsuz dövriyyəsi, bütün digər qeyri-qanuni fəaliyyət növləri ilə müqayisədə ən çox pul gətirən sahələrdən biridir. İran xüsusi xidmət orqanları, (təbii ki, ölkə rəhbərliyinin xeyir duası ilə) beynəlxalq narkotik maddə ticarətində aktiv iştirak edir. Onların bu ticarətdə əsas şəriki Xizbullah terror təşkilatı və Latın Amerikasından olan narkomafiyadır. İranda bu işin təşkili və nəzarəti SEPAH […]