Fransada yeni pensiya rejimi ilə bağlı açıqlama verildi

70 illik sistemi bir neçə həftə ərzində yenidən qurmaq mümkün deyil. İslahatlar layihəsi hələ hazırlanmayıb, ancaq köhnə pensiya rejimi bugünkü reallığa uyğun gəlmir. Bu sözləri Fransanın baş naziri Eduard Filip Parisdə iqtisadiyyat, sosial və ətraf mühit Şurasındakı çıxışında söyləyib. Bildirib ki, hökumət pensiya haqqında yeni qanun layihəsi ilə bağlı vətəndaşları dinləyəcək, onlarla dialoq aparacaq. Baş […]

Gələn il növbəti yeni qatarlar alınacaq

“Bakı Metropoliteni” gələn il yeni qatarlar alacaq. Bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib. O bildirib ki, müəyyən araşdırmalardan sonra gələn il alınacaq qatarların sayı məlum olacaq. Qeyd edək ki, cari ildə “Bakı Metropoliteni” 30 yeni vaqon alaraq istismara verib. Mənbə marja.az

Suriyanın qaçqın düşərgələrində vəziyyət getdikcə ağırlaşır

Suriya ərazisində yerləşən Al-Hol qaçqın düşərgəsində vəziyyət dözülməz həddə çatıb. Qida çatışmazlığı və infeksiyalar bu il ərzində həmin düşərgədə 390 uşağın həyatına son qoyub. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat BMT-nin Suriyaya dair ən yeni hesabatında əksini tapıb. Cenevrədə BMT-nin İnsan Haqları Şurası tərəfindən təqdim olunan hesabatda qeyd edilir ki, düşərgədə vəziyyət insan ləyaqətinə […]

Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub — YENİLƏNƏCƏK

Bakı Metropoliteninin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra sentyabrın 12-də istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada görülən işlərlə tanış olub. Mənbə azertag.az

İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub YENİLƏNƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Suraxanı rayonundakı Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Mənbə azertag.az

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir. Toplantıya Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Banqladeş, Nepal, Kenya, Zimbabve, İraq, Kosovo, Makedoniya, Şri-Lanka, Tanzaniya, Uqandadan nümayəndələr, həmçinin ölkəmizin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılıb. Tədbirdə BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və […]

Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi həyata keçiriləcək

Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nı təsdiqləyib.Bununla bağlı qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin hüquqlarının təminatı, təşviqi və qorunması dövlətin prioritet fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə dövlət tərəfindən «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin hüquqlarının dövlət monitorinqi aparılacaq. Əlilliyi […]

Nəqliyyat vasitələrində saxlanılması vacib olan dərman qutusunun tərkibi müəyyənləşib — SİYAHI

Nəqliyyat vasitələrində dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər müəyyənləşib. Nazirlər Kabineti “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi haqqında qərar imzalayıb. Qərara əsasən, sürücülər idarə etdikləri nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin […]